Gənc qadın doğuş zamanı öldü


Bakıda gənc qadın doğuş zamanı həyatını itirib.

Hadisə iki gün əvvəl, günorta saatlarında Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində yerləşən tibb müəssisəsində qeydə alınıb.

Qazax rayonundan olan 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın vəziyyəti doğuş prosesində qəfil ağırlaşıb və bu da onun həyatını xilas etməyə imkan verməyib.

Baş verənlərlə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu