“Baku City Kartinq”də faciə: avtomobillər toqquşdu, yeniyetmə öldü


Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.

Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Bakupost.az yayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu