8 aylıq hamilə xəstəxanada öldü
Sumqayıtda 8 aylıq hamilə xəstəxanada həyatını itirib.
AFN.az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.
Belə ki, 32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb. O, tibb müəssisəsində qəflətən vəfat edib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.




