Bu gün “Kəpəz”-“Turan Tovuz”, “Qəbələ”-“Sabah” oyunları var


Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.

AFN.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

“Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

Sonuncu görüşü isə “Qəbələ” ilə “Sabah” arasında keçiriləcək. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıblar.

Daha öncə “Zirə” və “Qarabağ” yarımfinala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku

1/4 finalın cavab oyunları

5 mart

14:30. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
Yevlax şəhər stadionu.

18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu