Gəncədə ağır yol qəzası: 11 nəfər yaralandı


Gəncə şəhəri ərazisində baş verən ağır yol qəzasında 11 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, Şah İsmayıl Xətai prospektində "VAZ-21010" və "Great Wall" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsgəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə, 2009-cu il təvəllüdlü Nərmin Musazadə, 2006-cı il təvəllüdlü A. Rəhimov, 2011-ci il təvəllüdlü A. Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar, həkimlər tərəfindən onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu