İran Dünya Kuboku oyunlarının Meksikaya köçürülməsini istəyir



İran Futbol Federasiyasının sədri Mehdi Tac 2026-cı il FİFA Dünya Kuboku çərçivəsində İranın ABŞ-da keçirilməsi planlaşdırılan bütün oyunlarının təhlükəsizlik səbəbindən Meksikaya köçürülməsi üçün FİFA ilə danışıqlara başladıqlarını açıqlayıb.

AFN.az xəbər verir ki, İranın Meksikadakı səfirliyi tərəfindən "X" platformasında paylaşılan bəyanatda Tac, ABŞ Prezidenti Donald Trampın son çıxışlarına istinad edib.

Mehdi Tac bildirib ki, Tramp milli komandamızın təhlükəsizliyini təmin edə bilməyəcəyini açıq şəkildə ifadə etdiyi halda, biz qətiyyən Amerikaya səfər etməyəcəyik. Hazırda oyunların Meksikada keçirilməsi üçün FİFA ilə ciddi müzakirələr aparılır. Ötən həftə İranın idman naziri Əhməd Dünyamali də Tehrana qarşı həyata keçirilən hava hücumlarından sonra turnirdə iştirak etməyin qeyri-mümkünlüyünü dilə gətirmişdi.

Federasiyanın Meksika təklifi turnirdən tamamilə çəkilmək qərarı əvəzinə alternativ bir həll axtarışı kimi qiymətləndirilir. Normal cədvələ əsasən, İranın Los-Ancelesdə Yeni Zelandiya və Belçika ilə, Sietlda isə Misir ilə qarşılaşması planlaşdırılır. FİFA hələlik bu yer dəyişikliyi tələbi ilə bağlı rəsmi açıqlama verməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu