Bu ölkələr daha bədbəxtdi - Yeni araşdırma



Kişiliyini sübut etmə təzyiqinin geniş yayıldığı cəmiyyətlərdə xoşbəxtlik azalır, iqtisadi və sosial göstəricilər isə zəifləyir.

AFN.az xəbər verir ki, Boston Kollecinin tədqiqatçılarının 59 ölkəni əhatə edən yeni təhlili qeyri-sabit kişilik inanclarının (PMB) hakim olduğu mühitlərdə həyat məmnuniyyətinin aşağı olduğunu ortaya qoyub.

Araşdırmada PMB səviyyəsi yüksəldikcə adambaşına düşən gəlir, sosial dəstək və sağlam ömür gözləntisinin azaldığı, korrupsiya qavrayışının isə artdığı müəyyən edilib. Tədqiqata görə, Livan, İran və Nigeriya yüksək PMB və aşağı xoşbəxtlik səviyyələri ilə diqqət çəkdiyi halda, Danimarka, Finlandiya və İsveç ən yüksək xoşbəxtlik səviyyəsinə malik ölkələrdir.

Tədqiqatçılar qeyd edirlər ki, kişiliyə dair qatı mədəni normalar sağlamlıq bərabərsizliyini dərinləşdirir və sosial rifahı zəiflədir. Belə cəmiyyətlərdə kişilərin güc və hökmranlıq vasitəsilə özlərini daim sübut etmək təzyiqi hiss etdikləri, bunun da təşviş və təcavüzkarlığı artırdığı vurğulanıb. İş çərçivəsində "Dünya Xoşbəxtlik Hesabatı" məlumatları ilə sağlamlıq riski davranışlarına dair qlobal tapıntılar birləşdirilib.

Orta səviyyədə qərarlaşan Böyük Britaniya, ABŞ, İtaliya və Rumıniya kimi ölkələrdə ənənəvi normalarla dəyişən sosial rollar arasında tarazlıq olduğu ifadə edilib.

Eyni zamanda, jurnalist Luis Terunun "Netflix"də yayımlanan "Inside the Manosphere" sənədli filmi də bu mövzunu yenidən gündəmə gətirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu