Tramp: İran tərəfindən döyüş təyyarələrinin vurulması danışıqlara təsir etməyəcək
ABŞ Prezidenti Donald Tramp İran tərəfindən döyüş təyyarələrinin vurulmasının Tehran rəhbərliyi ilə mümkün danışıqlara təsir göstərməyəcəyini bildirib.
AFN.az xəbər verir ki, NBC televiziyasına telefonla bağlanan Tramp ABŞ təyyarələrinin düşürülməsindən sonra heyət üzvlərinin axtarış-xilasetmə işlərinin təfərrüatları barədə danışmaqdan imtina edib. İrana qarşı hücumları intensiv və həssas hərbi əməliyyat kimi xarakterizə edən ABŞ Prezidenti hadisənin ölkə mətbuatında işıqlandırılma formasından narazılığını ifadə edib.
Tramp təyyarələrin vurulmasının diplomatik təmaslara mane olub-olmayacağı ilə bağlı suala "Xeyr, heç bir təsir göstərməyəcək. Bu bir müharibədir, biz hazırda müharibə vəziyyətindəyik" cavabını verib.
