"Şıncou-21" taykonavt komandası üçüncü kosmik yürüşünü həyata keçirib



Çinin Yer orbitində qurduğu "Tiengong" Kosmik Stansiyasında fəaliyyətə başlayan "Şıncou-21" taykonavt heyətinin üçüncü kosmik yürüşünü icra etdiyi bildirilib.

AFN.az xəbər verir ki, Çin İnsanlı Kosmik Proqram Agentliyindən (CMSA) verilən açıqlamaya görə, taykonavtlar Cang Lu, Vu Fey və Cang Honqcang heyətin stansiyadan kənardakı üçüncü fəaliyyətini uğurla başa vurublar.

Cang Lu və Vu Fey gəmi xaricindəki əməliyyatları idarə edərkən, stansiyada qalan Cang Honqcang komandaya daxildən dəstək təmin edib. Təxminən 5,5 saat davam edən kosmik yürüş zamanı taykonavtlar stansiyanın robot qolu və yerüstü idarəetmə mərkəzinin köməyi ilə kosmik tullantılardan qorunma cihazının quraşdırılmasını yekunlaşdırıb, həmçinin digər xarici avadanlıq və vasitələrin texniki xidmət işlərini görüblər.

Qeyd edək ki, "Şıncou-21" heyəti 31 oktyabr 2025-ci il tarixində stansiyaya göndərilib. Heyətin stansiyada 6 ay olaraq planlaşdırılan missiya müddətinin daha 1 ay uzadılması nəzərdə tutulur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu