İran təyyarələrini Pakistan və Əfqanıstana köçürüb - media


İran ABŞ-ın mümkün zərbələrindən qorunmaq məqsədilə hərbi və mülki təyyarələrini qonşu Pakistan və Əfqanıstana yerləşdirmiş ola bilər.

AFN.az xəbər verir ki, bu iddia ilə "CBS News" telekanalı öz mənbələrinə istinadən çıxış edib. Məlumata görə, İranın hərbi təyyarələri Pakistanın İslamabad yaxınlığındakı Nur Xan Hərbi Hava Qüvvələri bazasına köçürülüb.

Telekanalın həmsöhbətləri həmin bazaya göndərilən texnikalar arasında kəşfiyyat tapşırıqları üçün yenidən təchiz edilmiş "RC-130" təyyarəsinin də olduğunu qeyd ediblər.

Mənbələr həmçinin bildirir ki, İranın "Mahan Air" aviaşirkəti hərbi əməliyyatlar başlamazdan qısa müddət əvvəl bir neçə təyyarəsini Kabula göndərib. Lakin Pakistan və Əfqanıstan arasındakı döyüşlər səbəbindən həmin hava gəmiləri daha sonra İran sərhədindəki Herat hava limanına köçürülüb.

Buna baxmayaraq, "Taliban" hökumətinin rəsmi nümayəndəsi Zabihullah Mücahid "CBS News"a açıqlamasında bu məlumatları təkzib edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu