Tramp administrasiyası Kubaya qarşı hərbi əməliyyatı nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kubaya qarşı tətbiq etdiyi iqtisadi və diplomatik təzyiqlərin nəticə verməməsi səbəbilə hərbi əməliyyat variantını əvvəlkindən daha ciddi şəkildə qiymətləndirdiyi iddia edilib.
AFN.az xəbər verir ki, "Politico"ya danışan mənbələr ABŞ-Kuba münasibətləri və Tramp administrasiyasının Kubaya qarşı mövqeyindəki dəyişikliklə bağlı iddialar səsləndirib.
ABŞ-ın Kubaya qarşı neft embarqosu kimi təzyiqlərin nəticə verməməsindən narahat olduğunu irəli sürən mənbələr, hərbi əməliyyat variantının əvvəlkindən daha ciddi bir şəkildə nəzərdən keçirildiyinə işarə edib.
Administrasiyanın mövqeyində dəyişiklik olduğunu bildirən və adının çəkilməsini istəməyən bir rəsmi şəxs "Kuba ilə bağlı ilkin düşüncə rəhbərliyin zəif olduğu və sanksiyaların daha sərt tətbiqi ilə ABŞ-ın Venesuela və İranda əldə etdiyi zəfərlərin birləşməsinin kubalıları qorxudub bir razılaşma imzalamağa məcbur edəcəyi yönündə idi. İndi isə İranda işlər əksinə döndü və Kuba ilk başda düşünüləndən çox daha dayanıqlı olduğunu göstərir. Buna görə də, hərbi müdaxilə əvvəlkindən daha çox gündəmdədir" ifadələrini işlədib.
Digər tərəfdən, mənbələr mümkün hərbi əməliyyatın miqyasının tam olaraq bəlli olmadığını, bu ehtimalların rejimi güzəştə getməyə məcbur etmək məqsədilə ediləcək tək bir hava zərbəsindən tutmuş, hakimiyyəti tamamilə devirməyi hədəfləyən bir quru əməliyyatına qədər uzana biləcəyini irəli sürüb.
