Merkel: Avropa dünyanın ən güclü qitəsi olmaqdan çox uzaqdır



Almaniyanın keçmiş kansleri Angela Merkel "Avropanın dünyanın ən güclü və elmi əsaslara söykənən qitəsi olması lazım olduğunu bəyan etdiyi dövrə qayıtsaq, bu gün bu hədəfdən çox uzağıq. Bu vədinə yaxınlaşmaq üçün görülməli olan çox iş var" açıqlamasını verib.

AFN.az xəbər verir ki, Avropa Ləyaqət Nişanına layiq görülən Merkel Strasburqda Avropa Parlamentində təşkil edilən mərasimdə çıxış edib.

Avropa İttifaqının (Aİ) qurulduğu gündən bəri vətəndaşlarına 3 vəd verdiyini xatırladan Merkel bunlardan birincisinin sülh olduğunu qeyd edib.

Merkel Rusiyanın Ukraynaya qarşı barbarcasına hücumu ilə sülhün artıq təminatlı sayıla bilməyəcəyinin göründüyünü bildirərək, "Sülh kövrəkdir. Həmçinin ABŞ-ın yeni təhlükəsizlik doktrinası da keçmişdə sahib olduğumuz əminliyə artıq sahib ola bilməyəcəyimizi göstərir" dəyərləndirməsini edib.

İkinci vədin rifah olduğunu qeyd edən Merkel bunun da təzyiq altında olduğunu söyləyib.

Merkel "Avropanın dünyanın ən güclü və elmi əsaslara söykənən qitəsi olması lazım olduğunu bəyan etdiyi dövrə qayıtsaq, bu gün bu hədəfdən çox uzağıq. Bu vədinə yaxınlaşmaq üçün görülməli olan çox iş var" deyə bildirib.

Üçüncü vədin isə demokratiya, insan ləyaqəti və insan haqları olduğunu dilə gətirən Merkel "Demokratiya olmadan azadlıq olmaz və demokratiya da təzyiq altındadır" xəbərdarlığını edib.

Merkel sosial mediada həqiqətlərin yalan kimi, yalanların da həqiqət kimi təqdim oluna bildiyini qeyd edərək, bu vəziyyətin Avropa miqyasında informasiya axınını təhlükəyə atdığını ifadə edib.

Süni intellektin inkişafının da bunu daha da artırdığına diqqət çəkən Merkel bu səbəbdən sosial media və süni intellektin tənzimlənməsinin vacibliyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu