Kuba ABŞ-ın Kastroya qarşı ittihamlarını “alçaqca” adlandırıb



Kuba xarici işlər naziri Bruno Rodriges ABŞ ədliyyə naziri vəzifəsini icra edən Todd Blançın keçmiş Kuba dövlət başçısı Raul Kastronu və digər rəsmiləri ABŞ vətəndaşlarını öldürmək məqsədilə sui-qəsd hazırlamaqda ittiham etməsini “alçaqca” adlandırıb.

AFN.az xəbər verir ki, Kuba xarici işlər naziri Rodriges sosial media hesabındakı paylaşımında ABŞ-ın keçmiş lider Kastroya qarşı irəli sürdüyü ittihamlara toxunub.

Kastroya qarşı yönəlmiş ittihamları “alçaqca” ifadəsi ilə xarakterizə edən Rodriges bunları bildirib:

“İnqilabçı Hökumət ABŞ Ədliyyə Nazirliyi tərəfindən mayın 20-də açıqlanan və həftələrdir təbliğatı aparılan, Kuba İnqilabının lideri general Raul Kastro Rusa qarşı irəli sürülən alçaqca ittihamı ən sərt şəkildə pisləyir.

Bu əsassız ittiham, haqsız və soyqırımı xarakterli enerji blokadasını və hərbi təcavüz təhdidlərini ehtiva edən birtərəfli məcburedici tədbirləri ağırlaşdıraraq, nəcib Kuba xalqına qarşı tətbiq edilən amansız və kollektiv cəzanı qanuniləşdirmək məqsədi olan, Kubaya qarşı yönəlmiş qüvvələrin uydurma bir rəvayət qurmaq istiqamətindəki çarəsiz cəhdlərinin növbəti bir nümunəsidir”.

Rodriges Kastroya tam və qeyd-şərtsiz dəstək verdiklərini vurğulayaraq, “Kuba sülhə olan bağlılığını və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi tərəfindən tanınan, dəyişdirilməz legitim müdafiə hüququndan istifadə etmək mövzusundakı qətiyyətini bir daha təsdiq edir. Kuba xalqı Vətəni və Sosialist İnqilabını müdafiə etmək mövzusundakı sarsılmaz qərarını, Kuba İnqilabının lideri general Raul Kastro Rusa olan tam, qeyd-şərtsiz və dəyişməz dəstəyini ən güclü və ən qətiyyətli şəkildə yenidən elan edir” deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu