Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb



Ermənistan və ABŞ TRIPP (“Tramp Marşrutu”) layihəsi üzrə çərçivə sazişini imzalayıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığı xatırladılıb.

Ermənistan XİN-in yaydığı videogörüntüdə xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.

Mirzoyanın sözlərinə görə, bir neçə gün əvvəl o və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq paraflanan sənəd daha sonra ABŞ tərəfindən imzalanaraq Ermənistana göndərilib.

“Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən də Ermənistan tərəfi adından imzamı atdım”, – deyə Mirzoyan bildirib.

Mirzoyan qeyd edib ki, bununla sənədin distant imzalanması prosesi başa çatıb və saziş ratifikasiya üçün hazırdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu