Anqolanın gizli platosunda sensasion kəşf: Onlarla yeni canlı növü aşkarlandı



Qlobal biomüxtəlifliyin sürətlə tənəzzülə uğradığı bir vaxtda Afrikinin xəritədə qalmış son bəyaz ləkələrindən biri olan Anqoladakı kimsəsiz bir platoya təşkil edilən ekspedisiya elm dünyası tərəfindən daha əvvəl heç görülməmiş onlarla yeni canlı növünü üzə çıxarıb.

AFN.az xəbər verir ki, elm adamları dünya miqyasında təbii yaşayış sahələrinin məhv olmasını müzakirə edərkən, Anqolanın yüksək dağlıq hissəsində yerləşən Lisima platosunda möhtəşəm bir kəşfə imza atılıb. Konqo, Zambezi və Okavanqo kimi Afrikanın ən böyük çay sistemlərini qidalandıran bu nəhəng sahə keçilməz coğrafiyası və 2002-ci ildə başa çatan 27 illik dağıdıcı vətəndaş müharibəsi səbəbindən bu günə qədər elm dünyasından tamamilə gizli qalmışdı.

"Həyatın mənbəyi" adlandırılan bölgəyə fevral ayında təşkil edilən "Cassai Həyat Atlası" ekspedisiyası platonun bu günə qədər çəkilmiş ən ətraflı bioloji mənzərəsini ortaya qoyaraq, gizli qalmış sirləri bir-bir üzəçıxarmağa başlayıb. Yerli və beynəlxalq səviyyəli 16 ekspertdən ibarət araşdırma qrupu rəsmi identifikasiya prosesləri başladıqda siyahıya yenilərinin də əlavə olunacağını bildirərək, elm ədəbiyyatına hələ daxil olmamış onlarla yeni növ qeydə alıb.

Yeni kəşf edilən növlər arasında ən diqqətçəkənlərdən biri ultrabənövşəyi işıq altında mavi rəngdə parıldayan və bu qabiliyyətinin səbəbi elm adamları tərəfindən hələ müəyyənləşdirilə bilməyən taclı xərçəng hörümçəyi olub. Digər füsunkar kəşf isə özünü yırtıcılardan qorumaq üçün zəhərli parabüzənlərin xarici görünüşünü tamamilə təqlid edən bir hörümçək növü kimi önə çıxıb.

Bölgədə qeydiyyata alınan 103 iynəcə növündən 8-nin, həmçinin 8 yeni kəpənəyin və 3 fərqli çəyirtkə növünün dünyada ilk dəfə bu araşdırma ilə sənədləşdirildiyi açıqlanıb. Tədqiqatçılar təkcə yeni növlərlə qarşılaşmayıblar. Dünyada ən uzun zəhər dişinə sahib Qabon gürzəsi, yarasaların xəzində üzərək qan soran uçmayan yarasa milçəyi və bütöv bir qanad pərdəsi əvəzinə tükəbənzər saçaqlardan ibarət qanadları olan çox tüklü kəpənək kimi təbiətin ən qeyri-adi tanınmış üzvləri də platoda müşahidə edilib.

Ekspertlər yeni kəşf edilən bu canlıların böyük bir hissəsinin çox məhdud yaşayış sahələrinə və həssas yaşayış mühiti ehtiyaclarına malik olduğunu, buna görə də insan təhlükəsinə qarşı son dərəcə müdafiəsiz olduqlarını vurğulayırlar. Xüsusilə çayların keyfiyyətini pozan dağ-mədən fəaliyyətləri ilə bölgədəki meşələrin qırılması və kövşən yandırılmasına əsaslanan kənd təsərrüfatı bu həssas canlıların həyat zəncirini qırmaq riski daşıyır.

Ötən aylarda beynəlxalq əhəmiyyətli bataqlıq sahə elan edilən və 110 min kvadratkilometrlik nəhəng bir ətraf mühit ekosistemini qidalandran bu bölgənin təcili olaraq rəsmi mühafizə statusuna alınması tələb olunur. Elmi heyət apardıqları işin son məqsədinin təkcə yeni növləri siyahıya almaq və ad qoymaq olmadığını, bu canlıların sağ qala bilməsi üçün asılı olduqları toxunulmaz yaşayış mühitlərinin xəritə üzərində və sahədə praktiki olaraq qorunmasını təmin etmək olduğunu ifadə edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu