Türkiyədən Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat



Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən parlament seçkilərinin sülh və əmin-amanlıq şəraitində uğurla başa çatmasından məmnunluğunu ifadə edib.

AFN.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda seçkidən sonrakı dövrdə Ermənistanın regionda sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacağına dair ümidlər dilə gətirilib.

Seçkilərin sabitlik və əmin-amanlıq mühitində reallaşmasından məmnunluğun vurğulandığı rəsmi açıqlamada həmçinin qeyd olunub ki, Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da bölgə ölkələrinin ortaq mənafeləri əsasında regional sabitlik və rifaha öz töhfəsini verməyə davam edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu