Özbəkistanda qaz doldurma məntəqəsində baş verən partlayışda 6 nəfər ölüb



Özbəkistanın cənubundakı Qaşqadərya bölgəsində yerləşən maye qazoldurma məntəqəsində baş verən partlayışda 6 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

AFN.az xəbər verir ki, rəsmi qurumların yaydığı məlumata görə, partlayışdan sonra başlayan yanğın nəticəsində iki qaz tankeri və iki yeraltı yanacaq saxlama çəni ciddi zərər görüb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Müvafiq orqanlar tərəfindən partlayışın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu