Hindistanda fabrikdə ərimiş dəmirin işçilərin üzərinə tökülməsi nəticəsində 8 nəfər ölüb



Hindistanın Andhra Pradeş ştatında yerləşən bir polad fabrikində işçilərin üzərinə ərimiş dəmirin tökülməsi nəticəsində ilkin məlumatlara görə, 8 nəfər həyatını itirib.

AFN.az Hindistanın "NDTV" telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, polis rəsmilərinin məlumatına görə, ştatın Visakhapatnam şəhərindəki polad fabrikində temperaturu 1600 dərəcə olan ərimiş dəmir kran vasitəsilə başqa bir sahəyə daşınarkən işçilərin üzərinə tökülüb.

"Press Trust of India" (PTI) agentliyinə açıqlama verən və adı açıqlanmayan bir rəsmi hadisə nəticəsində ilkin təsbitlərə görə 8 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını qeyd edib.

Hindistanın Baş naziri Narendra Modi məsələ ilə bağlı verdiyi açıqlamada baş verən faciədən dərin kədər hissi keçirdiyini ifadə edib. Modi hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara isə tezliklə şəfa tapmalarını arzulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu