Hindistanda ritual zamanı izdihamda 27 nəfər ölüb


Hindistanın Uttar Pradeş ştatında keçirilən ritual zamanı yaranan izdiham nəticəsində ilkin məlumatlara görə 27 nəfər həyatını itirib.



NDTV kanalının xəbərinə görə, Uttar Pradeş əyalətinin Hathras bölgəsindəki Sikandara Rau qəsəbəsində keçirilən "satsanq" adlı kütləvi ritual zamanı izdiham yaşanıb. İlkin məlumatlara görə, izdiham nəticəsində 27 nəfər ölüb.

Əyalətin Etah bölgəsinin səlahiyyətlilərindən Dr. Umeş Kumar Tripati, mövzu ilə bağlı verdiyi açıqlamada izdihamda 25-i qadın, 2-si kişi olmaqla 27 nəfərin həyatını itirdiyini, yaralıların xəstəxanalara aparıldığını bildirib.

Yüksək rütbəli polis zabiti Rajeş Kumar da izdihamda ölənlər arasında 3 uşağın olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu