Trampdan İrana təhdid: Bədəlini ödəmək məcburiyyətində qalacaqlar



ABŞ Prezidenti Donald Tramp İranın razılığa gəlmək mövzusunda çox vaxt itirdiyini və bu səbəbdən bədəlini ödəmək məcburiyyətində qalacaqlarını bəyan edib.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabından İranla bağlı paylaşım edib.

İran ordusunun, hərbi dəniz və hərbi hava qüvvələrinin artıq mövcud olmadığını iddia edən Tramp onların tamamilə məğlubiyyətə uğradığını, İranın yalnız söz dediyini, lakin heç bir addım atılmadığını və Yaxın Şərqin qoçusunun öldüyünü bildirib.

Tramp həmçinin vurğulayıb ki, onlar özləri üçün əla olacaq bir razılaşmaya nail olmaq üçün həddindən artıq çox vaxt xərclədilər, indi isə bunun bədəlini ödəməli olacaqlar.

Digər tərəfdən, ABŞ Prezidentinin danışdığı Fox News xəbər kanalı Trampın İrana qarşı yeni hücum əmri verməyə yaxın olduğunu və hədəflər arasında İranın elektrik stansiyaları ilə körpülərinin yer aldığını tamaşaçılarına çatdırıb.

Qeyd edək ki, Tramp və ABŞ ordusu ABŞ-yə məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq gecə yarısından sonra İrana qarşı cavab zərbələri endirməyə başladıqlarını elan etmişdilər.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin bu hücumlarına qisas olaraq regiondakı ABŞ bazalarının hədəf alındığını bəyan etmişdi.

ABŞ ordusu səhər saat 05:00 radələrində İrana qarşı yönəlmiş hərbi əməliyyatların başa çatdığını açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu