Times Meydanında atəş səsləri eşidildi



ABŞ-ın Nyu-York şəhərindəki Times Meydanında atəş səslərinin eşidildiyi bildirilib.

AFN.az xəbər verir ki, "CBS News" telekanalının yaydığı məlumata görə, Nyu-York Polis Departamenti şəhərin insanların ən sıx olduğu Times Meydanında silah səslərinin eşidilməsi ilə bağlı rəsmi açıqlama verib.

Hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirən polis yetkinlik yaşına çatmayan bir şübhəlinin saxlanıldığını və hadisə yerindən bir ədəd silahın aşkar edilərək götürüldüyünü qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanıldığı, həmçinin hadisədə əli ola biləcək digər şəxslərin axtarışlarının davam etdirildiyi barədə məlumat verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu