Filippində tropik siklonlar və musson yağışları səbəbindən 12 nəfər həyatını itirib



Filippində təsirli olan tropik siklonlar və musson yağışları nəticəsində 12 nəfərin həyatını itirdiyi, 11 nəfərin yaralandığı bildirilib. 

AFN.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Mülki Müdafiə İdarəsinin rəsmisi Lourens Mina ölkədə təsirli olan Luis və Maymay tropik siklonları və musson yağışları ilə bağlı açıqlama verib.

Mina güclü yağışlarla əlaqədar ildırım vurması və torpaq sürüşməsi kimi hadisələrdə 12 nəfərin həyatını itirdiyini, 11 nəfərin yaralandığını və 8 nəfərin itkin düşdüyünü bildirib.

Ölkədə 384 min 520 ailənin, yəni təxminən 1,3 milyon insanın əlverişsiz hava şəraitindən mənfi təsirləndiyini bildirən Mina 58 min 650 nəfərin hələ də təxliyə mərkəzlərində qaldığını qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu