İngiltərə və Uelsdə məhkəmələrə Meta eynəkləri ilə giriş qadağan edildi



İngiltərə və Uelsdə məhkəmə binalarına Meta eynəkləri ilə giriş qadağan edilib.

AFN.az xəbər verir ki, “The Guardian” qəzetində yer alan xəbərə görə, İngiltərə və Uelsdə cinayət, hüquq və ailə məhkəmələrindən məsul Kral Məhkəmələri və Tribunal Xidmətləri (HMCTS) məhkəmə binalarına Meta eynəkləri ilə daxil olmaq istəyən şəxslərin eynəklərinin müsadirə ediləcəyini bildirib.

HMCTS sözçüsü məhkəmə və məhkəmə-hüquq qurumlarında görüntü və ya video çəkilişinə dair açıq məhdudiyyətlərin olduğunu, buna görə də Meta eynəklərindən istifadənin qadağan edildiyini bildirib.

Sözçü məhkəmə və ya məhkəmə-hüquq binalarına Meta eynəkləri ilə gələn şəxslərin eynəklərinin girişdə alınacağını və binadan çıxarkən sahiblərinə qaytarılacağını qeyd edib.

İngiltərədə məhkəmə binalarında rəsmi icazə olmadan görüntü və ya video çəkilişinin qadağan olması səbəbilə bu cür hərəkətlər məhkəməyə hörmətsizlik çərçivəsində cinayət məsuliyyəti ilə nəticələnə bilər.

ABŞ-ın texnologiya şirkəti Meta tərəfindən istehsal edilən eynəklərlə bağlı bu qərar Nyu-York məhkəmələrinin ötən ay sözügedən eynəkləri qadağan etməsindən sonra verilib.

Meta eynəkləri istifadəçi tərəfindən taxıldığı zaman video görüntüləri qeydə ala bilməsi səbəbilə müzakirələrə səbəb olur.

Kamera funksiyası olan eynəklər istifadəçilərə icazəsiz şəkildə şəxsləri, olduqları mühiti və şəxsi həyatlarını qeydə almağa, Facebook, Instagram kimi platformalar üzərindən canlı yayımlamağa imkan verir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu