Meta yeni artırılmış reallıq eynəkləri və süni intellekt yeniləmələrini təqdim etdi - FOTOLAR


"Meta" ("Facebook"un sahibi) illik Connect konfransında artırılmış reallıq (AR) eynəklərinin ilk işləyən prototipi “Orion”u təqdim edib.



CEO Mark Zuckerberg səhnədə metal qutudan çıxardığı bir cüt qara eynək nümayiş etdirərək, "Bunlar fiziki dünyanın üstünə qoyulmuş holoqramlardır" deyib.

Zukerberq "Orion"u zaman maşını olaraq xarakterizə edib və bu eynəklərin gələcəyin həyəcan verici bir görünüşünü təqdim etdiyini bildirib.

"Orion" eynəkləri "Meta" tərəfindən hazırlanmış xüsusi silikon çiplərlə işləyir və istifadəçilər əl jestləri, səs əmrləri və bilək əsaslı neyron interfeys vasitəsilə eynəklə əlaqə saxlaya bilirlər.

Eynəklər maqnezium ərintisindən hazırlanıb və "Meta" gələcəkdə bu texnologiyanı daha kiçik, qəşəng və sərfəli etmək istəyir. Bununla belə, məhsulun istehlakçılara 2027-ci ildə təqdim ediləcək.

Konfransda "Meta" həmçinin yeni süni intellekt (AI) imkanlarını və "Quest" seriyasının yeni qarışıq reallıq qulaqlıqları olan "Quest 3S"i təqdim edib.

"Quest 3S" 300 dollara satışa çıxarılacaq və qiymət endirimi ilə diqqət çəkəcək. Bundan əlavə, "Ray-Ban" ilə birlikdə hazırlanan "Meta" smart eynəkləri də yenilənib və süni intellekt tərəfindən dəstəklənən QR kodun skan edilməsi və səsli əmrlərlə "Spotify" vasitəsilə musiqi axını kimi xüsusiyyətlər əlavə edilib.

"Meta"nın süni intellekt köməkçisi "Meta AI" də yeni səs əmrləri ilə təkmilləşdirilib və məşhur adların (Cudi Denç və Con Cena kimi) səsləri seçimlərə əlavə edilib.

"Meta" süni intellektin istifadəçilərlə daha təbii şəkildə qarşılıqlı əlaqədə olacağını düşünür.

"Meta" artırılmış reallıq və süni intellekt texnologiyalarına milyardlarla dollar sərmayə qoymağa davam edir. Şirkətin bu sahələrə böyük xərcləri 2024-cü il üçün investisiya büdcəsini 37-40 milyard dollara çatdırır.

Bununla belə, bu gərgin investisiya dövründə "Meta"nın "Metaverse" hissəsi "Reality Labs" bu ilin ilk yarısında 8,3 milyard dollar itirib.







Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu