"Qarabağ" "Şəfa"nı qonaq edir - YENİLƏNİR
Oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatdı.
***
Oyunun ikinci hissəsinə 3 dəqiqə əlavə olundu.
***
71-ci dəqiqədə "Şəfa"nın 22 nömrəli oyunçusu Umar Diav kobud oyuna görə sarı kartla cəzalandırılır.
***
"Qarabağ" 62-ci dəqiqədə Yankoviçin dəqiq penaltisi ilə hesabı açdı.
***
Oyunun ikinci hissəsi başladı.
***
İlk hissədə hesab açılmadı. 0-0.
***
Turun digər oyununda "Neftçi" Qəbələdə "Qəbələ"nin qapısından 3 cavabsız qol keçirib. Hazırda "Neftçi" 6 oyundan sonra 15 xalla turnir cədvəlinə liderlik edir.
***
Oyun başladı.
***
Bu gün Misli Premyer Liqasının VI turu çərçivəsində "Qarabağ" doğma meydanda "Şəfa" ilə qarşılaşır.
Oyunu baş hakimi Vüqar Həsənli idarə edir. Ona Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov kömək edir.
VAR-da Kamranbəy Rəhimov, AVAR-da isə Pərvin Talıbov olacaq.
Matçın hakim-inspektoru Asim Xudiyevdi.
AFFA nümayəndəsi qismində Zaur Hacı-Məhərrəmov təmsil olunur.
Oyun Tofiq Bəhramov adına Respublika Stadionuda keçirilir.
"Qarabağ" ilk 11-i belədir: 23. Martin Zlomisliç 8. Marko Yankoviç (k) 2. Mateus Silva 5. Bruno Lanqa 10. Joni Montiel 29. Renaldo Sefas 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 7. Jali Muaddib 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 49. Əli Bəşirov 20. Kadi Borqes 19. Taofik İsmail 35. Pedro Bikalyo 11. Reda Xadra 88. Samuel Lobato
Baş məşqçi: Qurban Qurbanov
"Şəfa" isə bu start heyətlə çıxır: 12. Əlirza Müştəbazadə 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 34. Kristofer Mamenqi 7. Treyvon Fuller
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 8. Vlad Pop 22. Umar Diav
Baş məşqçi: Zaur Həşimov
