Misli Premyer Liqasının 4-cü turun son oyunu: “Qarabağ” - “Araz-Naxçıvan” - YENİLƏNİR


İlk hissə bitti.

***

44-cü dəqiqədə "Araz Naxçıvan"da Mustafa Əhmədzadə, "Qarabağ"da isə Cebrail Makreçkis sarı vərəqə ilə cəzalandırıldı. 

***

"Qarabağ" 8-ci dəqiqədə Joni Montielin qolu ilə önə keçdi, 1-0.

***

Oyun başladı.

***

Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümündə 4-cü tura yekun vurulacaq.

AFN.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" "Araz Naxçıvan"ı qonaq edəcək.

Oyun 20:15-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” matçının baş hakimi Cavid Cəlilov olacaq. Baş hakimə Kamran Bayramov və Müslüm Əliyev kömək edəcək. Emin Əliyev dördüncü hakim, Elçin Məsiyev VAR, Pərvin Talıbov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Munis Abdullayev olacaq.

"Qarabağ"ın start heyəti: 23. Martin Zlomisliç 8. Marko Yankoviç (k) 2. Mateus Silva 5. Bruno Lanqa 10. Joni Montiel 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 19. Taofik İsmail 7. Jali Muaddib 4. Bense Varkonyi 33. Dieqo Rosa

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 22. Musa Qurbanlı 29. Renaldo Sefas 35. Pedro Bikalyo 11. Reda Xadra 88. Samuel Lobato 

Baş məşqçi: Qurban Qurbanov 


“Araz-Naxçıvan”nın start heyəti: 99. Tərlan Əhmədli 7. Rövlan Muradov 26. Ömər Buludov 8. Mustafa Əhmədzadə 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 5. Luka Dumançiç 19. Abdallah Sudi

Ehtiyat oyunçular: 1. Artur Auqusto 76. Süleyman Həsənov 14. Ülvi İsgəndərov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 12. Bruno Franko 10. Şarl Boli 23. Alberto Fernandes

Baş məşqçi: Zaur İsmayılov


Turun digər oyunlarının nəticələri: 

“Turan Tovuz” – “Sumqayıt” - 2:1

“Qəbələ” - “İmişli” - 2:1

“Kəpəz” - “Şamaxı” - 1:4

“Neftçi” - “Şəfa” - 4:1

“Sabah” - “Zirə” - 5:0




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu