"Neftçi" "Araz-Naxçıvan"ı 5:0 məğlub etdi
Bu gün Misli Premyer Liqasında ikinci turun son oyunu keçirilib.
AFN.az xəbər verir ki, "Neftçi" “Palms Sports Arena”da "Araz-Naxçıvan"ı qonaq edib.
Oyunun ilk hissəsi “Neftçi”nin 4:0-lıq üstünlüyü ilə başa çatıb. İkinci hissənin 90-cı dəqiqəsində Endryu Qravilyon hesab arasındakı fərqi 5 topa çatdırıb.
Birinci hissədə vurulan qollara 14 və 17-ci dəqiqədə Breno Almeyda, 35-ci dəqiqədə Falaye Sako, 41-ci dəqiqədə İqor Ribeyro imza atıb.
Bununla da neftçilər naxçıvanlılar üzərində inamlı qələbə qazanıb.
***
"Neftçi": 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 55. Endryu Qravilyon, 20. Qustavo Klisman, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.
"Araz-Naxçıvan": 1. Artur Auqusto, 29. Ceyhun Nuriyev, 2. Abdulla Rzayev, 8. Mustafa Əhmədzadə, 6. Patrik Andrade (k), 17. İssuf Paro, 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 5. Luka Dumançiç, 19. Abdallah Sudi.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 22. Rəşad Həsənov, 9. Ağadadaş Salyanski, 21. İbrahim Piriyev, 77. Nihat Mehralıyev, 27. Boyan Letiç, 10. Çarlz Boli, 23. Alberto Fernandes.
Baş məşqçi: Zaur İsmayılov.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
İkinci turun digər oyunları isə bu hesablarla yekunlaşıb:
23 avqust
“Turan Tovuz” – “Şamaxı” - 0:0
22 avqust
“Zirə” - “İmişli” - 3:1
“Qəbələ” - “Şəfa” - 0:1
Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları "Sabah"ın Çempionlar Liqasında, "Qarabağ"ın isə Konfrans Liqasındakı oyunlarına görə PFL-in qərarı ilə təxirə salınıb.
