Premyer Liqa: II turun oyun cədvəli açıqlandı
Misli Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb.
AFN.az xəbər verir ki, turun qarşılaşmaları 22 və 23 avqust tarixlərində keçiriləcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
22 avqust
“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45
Qeyd edək ki, ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətləri, həmçinin onların II turdakı rəqiblərinin razılıq məktubları nəzərə alınaraq “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edilib.

