Misli Premyer Liqasında I turun oyun cədvəli açıqlanıb


Misli Premyer Liqasının 2026/27 mövsümündə I turun oyun cədvəli müəyyənləşib.

AFN.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” klubunun rəsmi müraciəti və “Kəpəz” klubunun rəsmi razılıq məktubu nəzərə alınaraq, Peşəkar Futbol Liqası tərəfindən “Sabah” və “Kəpəz” komandaları arasında keçiriləcək I və II dövrə oyunlarının yeri dəyişdirilib.

I turda aşağıdakı qarşılaşmaları izləyə biləcəyik:

14 avqust, cümə
“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 19:30

15 avqust, şənbə
“Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu, 18:30

“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 20:45

16 avqust, bazar
“Sumqayıt” – “Neftçi”
“SOCAR Polymer Arena”, 19:00

“Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu, 21:00

17 avqust, bazar ertəsi
“Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu