Bakıda müxalifətin mitinqi başlayıb
Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda müxalifətin mitinqi davam edir.
Mitinqə Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli, REAL hərəkatının lideri İlqar Məmmədov, Milli Şuranın üzvləri Gültəkin Hacıbəyli, İsgəndər Həmidov və başqaları gəliblər.
* * * 15:34
Yasamal rayonundakı "Məhsul" stadionunda müxalifətin mitinqi başlayıb.
Stadionda vətənpərvərlik mahnıları səslənir, insanlar hələ ki, meydana gəlməkdə davam edirlər.
Yığılan insanların kiçik bir qrupu "Mehman Hüseynova azadlıq!" şüarı səsləndirir.
* * * 14:00
Müxalif Milli Şura Bakıda həbsdə olan bloqer Mehman Hüseynovun müdafiəsinə mitinqi yığır.
Daha əvvəl Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verib. Mitinq Yasamal rayonundakı "Məhsul" stadionunda saat 15:00-da başlayacaq.
Aksiyada AXCP, "Musavat" və bir sıra başqa müxalifət partiyalarının üzvlərinin iştirak edəcəyi gözlənilir. (Virtualaz.org)