Yerevanda mitinq başlayıb
![](https://static.report.az/photo/7c442619-35ce-3ed3-95dd-d2f774d32118_850.jpg)
Ermənistanın paytaxtı Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan mitinqi başlayıb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, polis bir neçə aksiya iştirakçısını saxlayıb.
Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.