Yüzlərlə nigerli Amerika qoşunlarının tezliklə ölkədən çıxarılması üçün aksiya keçirib


Nigerin şimalındakı Aqadez şəhərində yüzlərlə sakin hərbi bazası bu şəhərdə yerləşən ABŞ hərbçilərinin mövcudluğuna qarşı aksiya keçirib.



Bu barədə aprelin 21-də Fransanın “Le Figaro” qəzeti AFP-yə istinadən məlumat yayıb.

"Bizim mesajımız aydındır: Amerika əsgərləri, çantalarınızı yığıb evinizə gedin", - nəşr nümayişin təşkilatçılarından birinə istinadən yazıb.

Etirazçılar əllərində “Bura Vaşinqton deyil, Aqadezdir, ABŞ ordusu getməlidir” yazılmış nəhəng pankart qaldırıblar.

Yürüş Vaşinqtonun ordusunu Nigerdən çıxarmaq qərarından iki gün sonra baş tutub. Onların geri çəkilməsinin təfərrüatlarını əlaqələndirmək üçün yaxın günlərdə Amerika nümayəndə heyətinin ölkəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, Aqadezdə pilotlu və pilotsuz müşahidə uçuşları və Pentaqonun digər əməliyyatları üçün istifadə edilən əsas ABŞ aviabazası yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu