İraq koalisiya qoşunlarının ölkədən çıxarılması ilə bağlı heç bir qərar verməyib


İraq beynəlxalq koalisiya qoşunlarının çıxarılması ilə bağlı ABŞ-la danışıqları davam etdirir.



Bu barədə RİA Novosti agentliyinə İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatik Forumu (ADF) çərçivəsində məlumat verib.

O əlavə edib ki, Amerika və ya koalisiya qüvvələrinin ölkədən çıxarılması ilə bağlı hələ heç bir qərar və ya cədvəl verilməyib.

Hüseyn bildirib ki, Vaşinqton fevralın əvvəlində İraq ərazisinə hücuma görə üzr istəyib. Onun sözlərinə görə, ABŞ fevralın 3-də ölkəyə hava zərbələri endirmək planları ilə bağlı İraq hökumətini əvvəlcədən xəbərdar etməyib. İraqlı nazir qeyd edib ki, Amerika nümayəndəsi baş verənlərə görə üzr istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu