ABŞ qoşunlarını Nigerdən çıxarmağa razılaşdı


ABŞ hərbi çevrilişdən sonra hakimiyyətə gələn administrasiyanın tələbi ilə Qərbi Afrika ölkəsi Nigerdən əsgərlərini geri çəkməyə razılaşıb.



Yerli mətbuatın məlumatına görə, qoşunların çıxarılması barədə qərar ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Niger baş naziri Əli Mahaman Lamine Zeyne arasında Vaşinqtonda keçirilən görüşlərdən sonra qəbul edilib.

Xəbərdə ABŞ-ın Saxara səhrasında Aqadez yaxınlığında yerləşən pilotsuz uçuş aparatları bazasını bağlamağa razı olduğu bildirilib.

Təxminən 1000 əsgərin nizamlı şəkildə geri çəkilməsini təmin etmək üçün ABŞ nümayəndə heyətinin bir neçə gün ərzində Nigerin paytaxtı Niameyə getməsi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu