Mingəçevir Turizm Kollecində faciənin 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib




Mingəçevir Turizm Kollecində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Öncə konfrans iştirakçıları tələbələrin əl işlərindən ibarət faciəyə həsr olunmuş sərgini ziyarət ediblər.



Burada həmçinin Xocalı dəhşətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra elmi-nəzəri konfransı giriş sözüylə açan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri, Rusiyanın 366-cı moto-atıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinin işğal olunduğunu, tarixdə görünməmiş genosid aktı törədildiyini bildirib. Ə.Əyyubov erməni zehniyyətində türk, Azərbaycan düşmənçiliyinin dərin kök saldığını xatırladaraq əsrlər boyu xalqımızın başına mənfur düşmənlər tərəfindən ağlasığmaz faciələrin gətirildiyini diqqətə çatdırıb: "Xalqımıza qarşı törədilmiş erməni vəhşilikləri və qətliamları hüdud tanımayıb. Xalqımı dəfələrlə bu dəhşətləri yaşamaq zorunda qalıb. Xocalı foyqırımı bu dəhşətlərin ən pik nöqtəsidir. Bir şəhəri əhalisi ilə birgə yer üzündən silmək istəyi bəşəri cinayətdir və erməni millətçiləri bu cinayəti törətməklə bəşəriyyət qarşısında mühakimə olunmağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Körpələrin dərisini soymaq, hamilə qadınları çarmıxa çəkmək, qocalara rəhmsiz davranmaq, ərlərin və qardaşların gözləri önündə xanımlarına, bacılarına və qızlarına təcavüz edərək işgəncə vermək tükürpədici həqiqətlərdir".
Natiq gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində və Azərbaycan tarixinin dərindən öyrənilməsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb: "Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir. Məhz bu tədbirlər nəticəsində Xocalı soyqırımı bu gün dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb".
Tədbirdə çıxış edən müəllimlərdən Fəxriyyə Məbudova, tələbələr Ayşən Qasımlı, Rəna Nağıyeva, Əlif Hacıyev Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, onun bu vəhşi aksiya haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qanlı hadisənin soyqırımı kimi tanınması üçün böyük işlər gördüyünü bildiriblər. Natiqlər Prezident İlham Əliyevin Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.
Sonda kollecin tələbə özfəaliyyət qrupunun ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu