Qənirə Paşayeva bu gün MM-də önəmli təkliflərlə çıxış edib




Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı Gürcüstanda yaşayan bir sıra soydaşlarımızın pozulan haqlarından danışıb.

AFN xəbər verir ki, o, ombudsman E.Süleymanovanı Gürcüstanın ombudsmanı ilə də danışaraq bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib. Millət vəkili Q.Paşayeva həmkarı Fərəc Quliyevin bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəklədiyini deyib və bu məsələ xüsusi diqqətdə olmalıdır deyib.

Q.Paşayeva Rusiyada fəaliyyət göstərən jurnalist, fəal Fuad Abbasova ermənilər tərəfindən edilən təzyiqlərdən və təqiblərdən danışıb və bunun çox ciddi narahatlıq doğuran bir məsələ olduğunu vurğulayıb. Fuad Abbasovun, eyni zamanda Rusiyanın rəsmi informasiya agentliyi olan "Sputnik”in Azərbaycan bürosunun sabiq baş redaktoru Mətin Yaşaroğlunun da məsələsini xüsusi diqqətdə saxlamaq üçün ombudsman E.Süleymanovaya müraciət edən Q.Paşayeva bu istiqamətdə millət vəkili həmkarlarının qaldırdıqları məsələləri də dəstəkləyərək ombudsman E.Süleymanovadan Rusiyanın ombudsmanı ilə də bu məsələni danışmağı və bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib. O bildirib ki, Rusiya daxil olmaqla, xarici ölkələrdə azərbaycanlı fəallara qarşı ermənilərin artan təzyiq və təqibləri ciddi narahatlıq doğurmaqla yanaşı, soydaşlarımızın müdafiəsi istiqamətində işlər genişləndirilməli və sürətləndirilməlidir.

Millət vəkili ombudsmanın da öz məruzəsində toxunduğu pensiya yaşına az qalmış bəzi işçilərin ixtisara salınaraq işdən çıxarılmasının qanunvericiliklə qadağan edilməsi təklifini dəstəklədiyini deyib. O bildirib ki, edilən bir sıra müraciətlərdə pensiya yaşına çıxmağa təxminən 5-7 il qalmış insanlarımız ixtisara salınaraq işdən azad olunduqlarını və bu yaşdan sonra işdə tapmaqda çətinliklə üzləşdiklərini bildirirlər. Ona görə də hesab edirəm ki, pensiya yaşına 5-7 il qalmış şəxslərin ixtisara salınaraq işdən çıxarılması çox ciddi məsələ olduğu üçün qanunvericiliklə qadağan edilməlidir və bu istiqamətdə ombudsmanın məruzədə qanunvericiliyə əlavələrin edilməsi təklifini tam dəstəkləyirəm və hesab edirəm ki, pensiya yaşına az qalmış insanların işdən ixtisar edilməsinin qarşısı alınmalıdır.

Qənirə Paşayeva eyni zamanda yaşından asılı olmayaraq bütün müəllimlərin güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilməsinin ombusdmanın da məruzəsində öz əksini tapdığımı xüsusi vurğulayaraq bu məsələni dəfələrlə MM-də qaldırdığıını deyib və bu məsələnin tezliklə reallaşmasının vacibliyini qeyd edib. O bildirib: "Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimlərinin çoxu ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların yaşı və ya əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin güzəştli ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və cənab Prezidentin insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqları, imzaladığı sənədləri böyük təqdirlə qarşılayan müəllimlərimiz bu məsələnin də yaxın zamanlarda reallaşacağına ümid edirlər və inanırlar. Ombudsmanın da illik məruzəsində xüsusi vurğuladığı bu məsələnin həlli istiqamətində müvafiq qurumları qısa zamanda addımlar atmağa çağırırıq.”

Millət vəkili Qənirə Paşayeva ombudsmanın da öz məruzəsində əlillərlə bağlı qaldırdığı məsələlərə və proseslərə toxunaraq bildirib ki, əhalinin 5%-ndən çoxunu fiziki imkanları məhdud insanlar təşkil edir və sosial infrastruktur obyektlərin əlillərin real tələblərinə və ehtiyaclarına uyğunlaşdırılması ilə bağlı Ombudsmanın səsləndirdiyi çağırışları daim diqqətdə saxlamalıyıq. Millət vəkili Q.Paşayeva eyni zamanda autizm və daun sindromlu uşaqların təhsil alma hüquqları ilə bağlı Ombudsmanın məruzəsində qeyd etdiyi təklifləri dəstəklədiyini deyib və bildirib ki, autizm və daun sindromu uşaqlar evdə təhsil almaq hüququna malik xəstələrin siyahısına mütləq daxil edilməlidir və autizm və daun sindromlu uşaqların evdə təhsil hüququnun təmin edilməsi çox ciddi məsələ olduğu üçün buna xüsusi diqqət yetirilməlidir.

Millət vəkili Q.Paşayevanın MM-də çıxış videosunun linkini burdan izləyə bilərsiniz:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu