Cari ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti 34 minə yaxın şəxsi işlə təmin edib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 33 969 nəfər işlə təmin olunub. Bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.



İşlə təmin edilənlərdən 29 404 nəfərini “İşsizin DOSTu” Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər.

Yanvar-mart aylarında Xidmət tərəfindən işlə təmin edilənlərin 8 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu