PKK terror təşkilatı Türkiyəyə qarşı “erməni taboru” yaratdı
PKK terror təşkilatı Suriyada işğal etdikləri ərazilərdə 1915-ci il hadisələrini anmaq məqsədilə Türkiyəyə qarşı erməni taboru yaradıb.
Xarici vətəndaşlar, o cümlədən ermənilərdən ibarət 90 nəfərlik tabora 2017-ci ildə ölən erməni terrorçu Nubar Ozanyanın adı verilib.
Taborun quruluş toplantısında ermənilər tərəfindən Azərbaycanda törədilmiş qətliamlarda iştirak edən, sonralar isə ASALA terror təşkilatına üzv olan terroristlər də iştirak ediblər.