Qənirə Paşayeva IV Buktreyler Festivalında ictimaiyyətə çağırış edib- VİDEO+FOTOLAR




Millət vəkili Qənirə Paşayeva IV Buktreyler Festivalında çıxış edib, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib və festivalın qaliblərini təbrik edib. Kitaba dəstək cəmiyyətə dəstəkdir, inkişafa dəstəkdir deyən millət vəkili Q.Paşayeva bildirib ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir.



"Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” ,- deyən millət vəkili Qənirə Paşayeva kitab oxumağa meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,” – millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili Q.Paşayeva uşaqlarımız, gənclərimiz arasında daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb, kitab oxumağın təbliği istiqamətində layihələrin daha çox artmasının vacibliyini qeyd edib və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Millət vəkili Q.Paşayeva bildirib ki, gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq üçün hər yerdə kitab təbliğ olunmalıdır və ilk öncə ailələrimizdən başlanmalıdır. Kitabxanalara gənclərimizi cəlb etmək üçün kitabxanaları gənclərimizin ayağına gətirməliyik, parklarda "Mən oxudumsa, sən də oxu " şüarları altında xüsusi materialdan hazırlanmış kitab rəflərinin qoyulması, nəqliyyat qurumları ilə əməkdaşlıq edərək uzun yol qət edən avtobuslarda kitab oxumağın, mütaliənin təbliğ edilməsi məqsədilə addımların atılması, rayonlarda kitab evlərinin yaradılması, tanınmış yazar, şair və ziyalılarımızın bölgələrə dəvət olunması, onlarla görüşlərin keçirilməsi, onların kitablarının imza günlərinin keçirilməsi öz müsbət töhfəsini verə bilər.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu