Bakıda avtomobil “zapravka”ya çırpılıb – FOTO




Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.



ONA-nın xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “BYD” markalı minik maşını əvvəlcə “Opel” markalı avtomobilə dəyib, ondan sonra yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət tablosuna çırpılaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişininin xəsarət aldığı deyilir. Bildirilir ki, qəzadan sonra sürücü hadisə yerindən yayınıb.

Qəzanın təfərrüatlarını Nərimanov polisi araşdırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu