Prokuror beşqat dünya çempionuna cəza istədi




Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.



Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Ehram Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu