Qayınatasını döyən beşqat dünya çempionumuz hakim qarşısına çıxarıldı




Bakı Apellyasiya Məhkəməsində beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apellyasiya şikayətləri və apellyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.

AFN "Report"a istinadla xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu