Hacı Mazanın səhhəti ilə bağlı nazirlikdən açıqlama: Bakıya gətirilir (YENİLƏNİB)





Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.

***

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin "Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu