Azərbaycanla sərhəddə erməni hərbçi yaralandı
Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, müqavilə əsasında xidmət edən 33 yaşlı hərbi qulluqçu Vladimir Osipyan Tavuş rayonu istiqamətində güllə yarası alaraq hospitala yerləşdirilib.
Qeyd edək ki, ötən gün Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində təxribata cəhd edən hərbi qulluqçu, 1995-ci il təvəllüdlü hərbi qulluqçu Arman Bulqadaryan məhv edilib.