Bakıda azyaşlı uşağın ayaqlarını zəncirləyib, evdə tək qoydular: BŞBPİ işə qarışdı-FOTO




Nəsimi rayonu Cavadxan küçəsi, bina 56-da azyaşlı uşağın ayaqları anası və xalası tərəfindən bir-birinə zəncirlənib.

AFN-in anews.az-a istinadən məlumatına görə, yayılan videoda azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və iki gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-yə kimi işdə olurlar.

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayaqı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.

Zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü videonu təqdim etmirik.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da BŞBPİ-yə daxil olub: "Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Yevlax şəhərində anadan olan 2010-ci il təvəllüdlü Ö.H.-nin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub. Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu