Sami Yusuf “Nəsimi” kompozisiyası hazırladı -




Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiya hazırlayıb.

Yeddi dəqiqəlik kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib.

Sami Yusufun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb.


Sami Yusufun xor kollektivinin müşayiəti ilə ifa etdiyi kompozisuyada muğam hissələrini əməkdar artist Təyyar Bayramov və Samirə Əliyeva səsləndirib.(modern.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu