Əli Həsənovun daha bir nəvəsi ölümə səbəb oldu - VİDEO




Bir neçə gün öncə baş nazirin müavini vəzifəsindən istefa vermiş Əli Həsənovun ailəsində ölümə səbəb olmuş yol qəzası baş verib.



Qeyd edək ki, Daxili İşlər Nazirliyinin bu qəza barədə məlumatında hadisəni törədən şəxsin tam adı və avtomobilin nömrəsi göstərilməyib.

AFN Bizimyol.info-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə, qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.

İlkin Əliyev Baş nazirin sabiq müavini Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Mənbənin bildirdiyinə görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

[media=https://www.youtube.com/watch?v=GYS8pS9fF4M]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu