Yadigar Sadıqlı da Cəmil Həsənlini dəstəklədi – İcazəsiz aksiyadan çəkinməyə çağırış




Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı Milli Şuranın noyabrın 2-nə təyin etdiyi aksiyanın təxirə salınmasına dair təklifi müdafiə edib.



Yadigar Sadıqlı bu barədə özünün “Facebook” profilində paylaşdığı statusda yazıb.

O, Milli Şuranın sədri Cəmil Həsənlinin 2 noyabr aksiyasını təxirə salmaq təklifini doğru addım kimi qiymətləndirib:

“Hörmətli Cəmil Həsənli 2 noyabr aksiyasını təxirə salmağı təklif edib. Zənnimcə,doğru addımdır. Ümumiyyətlə, aksiyanın belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi.

Əgər yaxın perspektivdə hakimiyyəti devirmək ehtimalı yoxdursa, tez-tez qarşıdurmalara getmək rasional deyil. 19 oktyabr aksiyası uğurlu alındı, bir müddət onun verdiyi üstünlüklərdən istifadə etmək lazımdır”.(Yenicag.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu