Mingəçevirdə qanın biokimyəvi analizi niyə mümkün deyil?- AÇIQLAMA




"05.11.2019-cu ildə qan analizi vermişəm. Bu gün cavabını götürməyə gedəndə məlum olur ki, biokimyəvi analizləri etməyiblər. Səbəbini soruşam, cavab verdilər ki, artıq üçüncü gündür ki, bu analizləri yoxlamaq üçün aktivlər şəhərdə olmadığına görə qəbul etmirik".



AFN xəbər verir ki, bunu Mingəçevir sakini Elxan Rəşidov deyib. Onun sözlərinə görə, respublikasının dördüncü şəhəri olan Mingəçevirdə üç gündür biokimyəvi analizlər mümkün olmur: "İnkişaf nağılları danışan deputatlar, nazirlər və titulları bir vərəqə sığışmayan alimlər, bəlkə deyəsiniz, təcili əməliyyata girməli olan xəstələr, bu analizlər üçün üç gün və yaxud gələcəyi gün məlum olmayan müddətə qədər gözləyə bilərmi, yoxsa sizin klinikalarda pullu analiz verməlidirlər?!"

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov AFN-in sorğsusuna cavab olaraq bildirdi ki, problem radioaktivlərlə bağlı deyil: "Bizim istifadə etdiyimiz aparat xarab olub. Bu aparatlar hamısı xaricidir, təmiri uzun çəkir. Adını çəkdiyiniz vətəndaşın analizi də təcili deyil, gözləməlidir, nə vaxt hazır olar onda gəlib götürər. O, icbari tibbi sığortalı şəxsdir, aparatlar hazır olanda biz həmin sığortanın xəttilə onun analizlərini edəcəyik". Bəs həyati durum yaranarsa analizlər necə aparılar? Baş həkim qeyd etdi ki, biokimyəvi analiz həyati duruma aid deyil: "Həyati durum reanimasiyada olur, orada aparılacaq proseslərə lazım olan aparatlar hazırda işləyir. Hər bir analizin özünün funksiyası var, bunu bilmək lazımdır. Mən təəccüblənirəm ki, 3 il əvvəl analizlərdən ötrü nə qədər pul verirdilər, indi bu xərcləri dövlət qarşılayır, yenə narazılıq edirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu