Lavrov Trampı təriflədi: “Bu, nadir keyfiyyətdir...”




"Biz onunla yaxşı tanışıq. Mənim Prezident Trampın beynəlxalq problemləri və ikitərəfli münasibətləri necə müzakirə etməsi xoşuma gəlir".



Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Birinci Kanal”da "Böyük Oyun” proqramında deyib.

Rusiya Xarici İşlər naziri ABŞ Prezidenti Donald Trampın beynəlxalq məsələlərin müzakirəsində açıqsözlü olduğunu bildirib.

Lavrov əlavə edib ki, Amerika lideri ikibaşlı fikirlərdən çəkinir və nə düşünürsə, onu deməyə çalışır. O, ən yüksək kateqoriyalı siyasətçilər arasında belə bir keyfiyyətin nadir olduğunu da vurğulayıb: "Məncə, bu, çox məhsuldar bir yanaşmadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu